ABŞ-ın 16 ştatında gözlənilən çovğun və şaxta ilə əlaqədar fövqəladə vəziyyət elan edilib, 9000-dən çox aviya reys ləğv edilib
ABŞ-ın mərkəzi və cənub ştatlarında çovğun və buzlanma təhlükəsi ilə bağlı hazırlıqlar görülür.
„CNN“in məlumatına görə, ölkənin 16 ştatında fövqəladə vəziyyət elan edilib. Onlar arasında Delaware, Missouri, Arkansas, Louisiana, Mississippi, Tennessee, Alabama, Georgia, Şimali və Cənubi Karolina, Virginia, New York, Kentucky, Maryland, New Jersey və Kansas ştatları var.
Gözlənilən meteoroloji şəraitə görə 9000-dən çox avia reys ləğv edilib, bunlardan 3250-si 24 yanvar, 5000-dən çoxu isə 25 yanvar tarixinə planlaşdırılmışdı. Avtomobil yollarında da məhdudiyyətlər var.