ABŞ qüvvələri Hörmüz boğazına doğru hərəkət edən bir neçə İran dronunu vurub

11:56, 13.06.2026

ABŞ qüvvələri Hörmüz boğazına doğru hərəkət edən bir neçə İran dronunu vurub. Bu barədə məlumatı “Sky News” yayır.

ABŞ qüvvələrinin bildirdiyinə görə, İran dronları boğazda kommersiya gəmilərinin hərəkətinə təhlükə yaradırdı.

İran xəbər agentliklərinin məlumatına görə, ötən gecə boğaz boyunca, İranın Sirik limanında və Qeşm adasında partlayışlar eşidilirdi.

Məlumat üçün bildirək ki, mediada yayılan məlumata görə, ABŞ və İran müharibənin başa çatması və Hörmüz boğazının yenidən açılması barədə razılaşmaya yaxındırlar. Medianın məlumatına görə, ABŞ ilə razılaşdırılmış memorandum İranın 14 bəndlik təklifinə əsaslanır və Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin başa çatmasını nəzərdə tutur.

Oxşar