ABŞ Fələstinli qaçqınlara yardımı azaldacaq
ABŞ Fələstinli qaçqınlara yardımı azaldacaq

Amerika Birləşmiş Ştatları Fələstinli qaçqınlara yardımı azaldacaq. Dövlət Departamentinin məlumatına görə, Fələstinli qaçqınlar üçün nəzərdə tutulmuş, BMT-nin Yardım Agentliyinin maliyyələşdirilməsi 125 milyon dollardan, 60 milyona qədər azaldılacaq.

Maliyyə yardımı dondurulur, lakin onun tam ləğv olunması nəzərdə tutulmayıb.

BMT-nin Yardım Agentliyi təşkilatının üzvləri könüllü maliyyələşdirirlər. ABŞ maliyyə yardımının birinci donorudur. 2016-cı ildə Vaşinqton agentliyə 368 milyon dollar köçürdü.