ABŞ Federal Təhqiqatlar Bürosu bildirir ki, Yeni il ərəfəsində “İslam Dövləti” tərəfindən birbaşa ilhamlandırılmış potensial terror aktının qarşısı alınıb
ABŞ Federal Təhqiqatlar Bürosu bildirir ki, Yeni il ərəfəsində “İslam Dövləti” tərəfindən “birbaşa ilhamlandırılmış” potensial terror aktının qarşısı alınıb.
Yayılan məlumata görə, hücum Şimali Karolinada planlaşdırılırdı.
Yayılan məlumata əsasən, Şimali Karolina ştatının Mint Hill bölgəsində yaşayan, 18 yaşlı Kristian Stardivant həbs edilib. O, federal məhkəmə tərəfindən xarici terror təşkilatına maddi dəstək verməyə cəhd etməkdə ittiham olunub.
Şübhəli şəxs Yeni il gecəsi Şarlottun ətraf bölgəsində, Mint Hill-də bir ərzaq mağazası və “Burger King” restoranına hücum etməyi planlaşdırırdı.