ABŞ Ədliyyə Departamenti Cefri Epşteyn işi ilə bağlı növbəti materialları dərc edib
ABŞ Ədliyyə Departamenti Cefri Epşteyn işi ilə bağlı növbəti materialları dərc edib

ABŞ Ədliyyə Departamenti Cefri Epşteyn işi ilə bağlı növbəti materialları dərc edib.

Dərc olunan fayllar təxminən 300,000 səhifədir və ABŞ-ın Ədliyyə Departamentinin Cefri Epşteynə qarşı apardığı iki cinayət işi ilə bağlıdır.

Medianın məlumatına görə, istintaq nəticəsində çox sayda sənəd toplanıb, o cümlədən zərərçəkənlərlə və şahidlərlə aparılmış müsahibələrin qeydləri və axtarış nəticəsində ələ keçirilmiş əşyalar.

Məlumat üçün bildirək ki, amerikalı maliyyəçi Cefri Epşteyn 2019-cu ildə cinsi alver ittihamı ilə saxlanıldı. Elə həmin il, məhkəmə prosesinə gədər həbsxanada intihar edərək həyatına son qoydu.

Ötən il dərc olunan Epşteynin işi ilə bağlı məhkəmə sənədlərində təqsirləndirilən şəxslə əlaqəsi olan bir neçə məşhur şəxsin adı çəkilib; sənədlərdən birində isə Donald Trampın adı da keçir, amma onun qanunsuz əməllərindən bəhs edilmir. Donald Trampın illər əvvəl Nyu-York və Floridada işləyən maliyyəçi Cefri Epşteynlə münasibəti olduğu bilinir.

Ötən ay ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Demokratik Partiyasının üzvləri Epşteynin elektron yazışmalarını dərc ediblər və orada prezident Donald Trampdan bir neçə dəfə bəhs olunub. Donald Tramp hər zaman Epşteyn ilə bağlı hər hansı qanun pozuntusu törədilməsini təkzib edib və bildirib ki, onun əleyhinə yayılan şaiyələr Demokratik Partiya tərəfindən uydurulub.