ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce Gürcüstanla bağlı sualı cavablandırmaqdan təmkinli davranıb
ABŞ Dövlət Departamentində mətbuat konfransında Gürcüstanla bağlı ünvanlanmış suala cavab olaraq, sözçüsü Tammy Bruce suala qayıdacağını və cavabının olacağını bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsündən Tramp administrasiyasının Gürcüstanın hakim partiyası ilə hər hansı əlaqəsinin olub-olmaması sualı ünvanlanıb. Cavabında Tammy Bruce bu suala qayıdacağını qeyd edib.
“Mən buna cavab vermək istəyirəm. Biz buna qayıdacağıq və sizin üçün bir cavabımız olacaq”, – Tammy Bruce qeyd edib.
ABŞ Dövlət Departamentində keçirilən mətbuat konfransında Tammy Bruce Gürcüstan haqqında danışmayıb.