ABŞ Dövlət Departamentinin məlumataına görə, İsrail və Livan atəşkəs rejiminin daha 45 gün uzadılması barədə razılığa gəliblər
İsrail və Livan atəşkəsin daha 45 gün uzadılması barədə razılığa gəliblər.
ABŞ Dövlət Departamenti məlumat yayır.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Tom Piqott Vaşinqtonda keçirilən danışıqların üçüncü raundunu “çox məhsuldar” kimi qiymətləndirir. Onun qeyd etdiyi gibi, bu, növbəti tərəqqiyə nail olmaq imkanı yaradır.
İsrail və “Hizbullah” arasında atəşkəs 16 apreldə qüvvəyə minib. Danışıqlar 2 və 3 iyun tarixlərində yenilənəcək. Bundan əlavə, hər iki ölkənin hərbi nümayəndə heyətləri 29 mayda Pentaqonda görüşəcəklər.