ABŞ Dövlət Departamentində bildirirlər ki, Rusiya Zaporojie AES-də mövcud ciddi radioloji riski etiraf etmək istəmir

11:17, 29.08.2022

 

ABŞ-da, Rusiyanın Zaporojie AES-də mövcud ciddi radioloji riski etiraf etmək istəmədiyi üçün Nüvə Silahlarının Yayılmaması Konfransının yekun sənədini blokladığını bildirirlər. Bu barədə Dövlət Departamentində açıqlama veriblər. Məlumatı “Reuters” yayır.

“Rusiya Federasiyası Nüvə Silahlarının Yayılmaması üzrə Konfransın sonunda qəbul edilmiş sənədlə bağlı mövcud konsensusa mane olmaq qərarını verdi. Rusiya bunu Zaporojie AES-də mövcud radioloji riski etiraf etmək istəmədiyi üçün edib” – deyə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Xatırladaq ki, avqustun 5-dən Zaporojie AES-də vəziyyət gərgindir. Kiyev və Moskva bir-birini nüvə obyektinə atəş açmaqda ittiham edir.

ABŞ Ukraynanın mart ayından stansiyanı zəbt edən rus hərbçilərin ərazini tərk etməsi tələbi ilə razılaşır. Bununla yanaşı, BMT Zaporojie nüvə stansiyasının demilitarizasiya zonası elan edilməsini tələb edir.

Oxşar