ABŞ Dövlət Departamenti Rusiyadakı yüksək risklər səbəbindən ABŞ vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırır
ABŞ Dövlət Departamenti Rusiyadakı yüksək risklər səbəbindən ABŞ vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırır

ABŞ Dövlət Departamenti amerikalı vətəndaşları Rusiyaya səyahət etməkdən çəkinməyə çağırır, – bu barədə “Fox News”xəbər verir.

Dövlət Departamenti qeyd edir ki, Rusiya ərazisində terrorizm, əsassız həbslər və yerli qanunların özbaşına icrası ilə bağlı yüksək risklər mövcuddur.

“Rusiyadakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər. Rusiyanın yüksək vəzifəli şəxsləri tez-tez əsassız şəkildə amerikalı vətəndaşlara suallar verir və onları təhdid edirlər”, – Bəyanatda deyilib.

Bəyanatda həmçinin deyilib ki, Rusiya təhlükəsizlik xidmətləri amerikalıları saxta ittihamla dəfələrlə həbs ediblər.

“Amerikalılara ədalətli rəftar göstərilmədi və etibarlı sübutlar olmadan onlara ittiham irəli sürüldü”, – Dövlət Departamenti qeyd edir.

Bununla yanaşı, Rusiyaya səyahət etmək qərarına gələn ABŞ vətəndaşları ölkəyə elektron cihazları gətirməyi diqqətlə düşünməlidirlər. Xəbərdarlığa baxmayaraq, turistlər Rusiyada mümkün saxlanmağa hazır olmalıdırlar.