ABŞ Dövlət Departamenti müxtəlif sahələri təmsil edən 60-dan çox Gürcüstan vətəndaşı və onların ailə üzvlərinə viza məhdudiyyəti tətbiq edib
ABŞ Dövlət Departamenti müxtəlif sahələri təmsil edən 60-dan çox Gürcüstan vətəndaşı və onların ailə üzvlərinə viza məhdudiyyəti tətbiq edib

ABŞ Dövlət Departamenti 60-dan çox Gürcüstan vətəndaşı və onların ailə üzvlərinə viza məhdudiyyəti tətbiq edib,- bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

ABŞ Dövlət Departamentinin yaydığı bəyanata əsasən, qeyd olunan şəxslər Gürcüstanda demokratiyanın sarsıdılmasında məsul və ya ortaqdırlar.

“Bu şəxslər arasında gürcü xalqının fundamental azadlıqlarını məhdudlaşdırmaq üçün öz səlahiyyətlərindən sui-istifadə edən hakimiyyət və bələdiyyə xadimləri, korrupsiya əməlləri ilə məşğul olan biznes liderləri var. Dezinformasiya yayan və zorakı ekstremizmi təbliğ edən şəxslər. Etirazçıların döyülməsində iştirak edən hüquq-mühafizə orqanlarının üzvləri və qeyri-demokratik qanunvericiliyin irəliləməsində və vətəndaş cəmiyyətinin məhdudlaşdırılmasında mühüm rol oynamış parlament üzvləri.

Biz Gürcüstanda insan haqlarının pozulması və antidemokratik hərəkətlərdən yenə də narahatdıq və cavab olaraq əlavə tədbirləri nəzərdən keçirməyə davam edəcəyik. Birləşmiş Ştatlar birmənalı olaraq gürcülərin zorakılıq, hədə-qorxu və təzyiqdən qorxmadan dinc şəkildə toplaşmaq, danışmaq və etiraz etmək hüquqlarını dəstəkləyir”, – Entoni Blinkenin bəyanatında qeyd olunub.

Viza məhdudiyyəti tətbiq edilən şəxslərin kimliyi dəqiqləşdirilməyib.