ABŞ Dövlət Departamenti – Entoni Blinken və Mövlud Çavuşoğlu Cənubi Qafqazdakı gərginliyi müzakirə ediblər

21:07, 20.09.2022

 

ABŞ və Türkiyə xarici işlər nazirliklərinin rəhbərləri Nyu-Yorkda keçirilən görüşdə Cənubi Qafqazdakı gərginliyi müzakirə ediblər. Məlumatı ABŞ Dövlət Departamenti yayır.

“Dövlət katibi Entoni Blinken bu gün Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Dövlət katibi Blinken və xarici işlər naziri Çavuşoğlu Cənubi Qafqazdakı gərginliyi müzakirə ediblər. Dövlət katibi qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında dialoqun təşviqi və münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün səylərini davam etdirir. Onlar həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq koordinasiya və NATO birliyinin gücləndirilməsi yollarını müzakirə ediblər.

Katib Türkiyənin Ukrayna taxılının Qara dəniz vasitəsilə daşınmasının təmin edilməsində diplomatik səylərini qeyd edib və BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların qorunub saxlanmasının və Moskvanın götürdüyü öhdəliklərə görə üzərinə məsuliyyət yüklənilməsinin vacibliyini vurğulayıb” -deyə Dövlət Departamentinin bəyanatında deyilir.

Oxşar