ABŞ Dağlıq Qarabağda inkişaf edən hadisələrdən narahatlığını bildirir və tərəfləri gərginliyi azaltmaq üçün təcili addımlar atmağa çağırır
ABŞ Dağlıq Qarabağda inkişaf edən hadisələrdən narahatlığını bildirir və tərəfləri gərginliyi azaltmaq üçün təcili addımlar atmağa çağırır

 

Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağda inkişaf edən hadisələrdən dərin narahatlığını ifadə edir və tərəfləri gərginliyi azaltmaq üçün təcili addımlar atmağa çağırır.

ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılmış bəyanatda, Ned Prays Dağlıq Qarabağ ətrafında gedən gərgin döyüşlər, insan tələfatı və xəsarətlərdən dərin narahatlığını ifadə edir və vəziyyəti diqqətlə izlədiyini bildirir.

“Gərginliyin azaldılması və sonrakı eskalasiyanın aradan qaldırılması üçün təcili addımlar atmağa çağırırıq.

Gərginliyin son vaxtlar artması Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır”– deyə Ned Praysın bəyanatında oxuyuruq.

Dünən mətbuatda Dağlıq Qarabağda Azərbaycan və Ermənistan hərbi birləşmələri arasında toqquşmaların getdiyi və itkilərin olduğu barədə məlumat yayılıb.