ABŞ-da yüksək temperatur səbəbindən azı 25 nəfər həyatını itirib

17:08, 05.07.2026
Screenshot

Screenshot

ABŞ-da yüksək temperatur səbəbindən azı 25 nəfər həyatını itirib. Bu barədə “NBC News” yazır.

İsti havadan 22 nəfər Nyu-Cersidə, iki nəfər İllinoysda, bir nəfər isə Missisipidə dünyasını dəyişib.

“Bu, yay üçün adi bir isti dalğası deyil. Bu cür istilər insanlar üçün sürətlə həyati təhlükə yaradan vəziyyətə səbəb ola bilər”, -Meteorologiya xidmətində bildiriblər.

Bundan əvvəl yüksək temperatur səbəbindən ABŞ-da 4 İyul ilə bağlı tədbirlər də ləğv edilmişdi.

Oxşar