ABŞ-da nifrətin qızışdırılması və kütləvi zorakılıq hərəkətlərinin planlaşdırılması ittihamı ilə Gürcüstan vətəndaşını saxlayıblar
ABŞ-da nifrətin qızışdırılması və kütləvi zorakılıq hərəkətlərinin planlaşdırılması ittihamı ilə Gürcüstan vətəndaşı, 20 yaşlı M. Ç.-ni saxlayıblar.
ABŞ-ın Ədliyyə Departamentinin bəyanatına əsasən, milli azlıqlara və yəhudi icmasına qarşı fəaliyyət göstərən qruplaşmanın lideri saxlanılıb.
“2023-cü ilin noyabrında saxlanılmış şəxs Nyu-Yorkda yeni il gecəsi kütləvi hücum planlaşdırmağa başlayıbmış. Sxemə əsasən, şəxs Şaxta baba paltarı geyinərək, milli azlıqların nümayəndələrinə zəhərli konfet paylamalı imiş. Sxem həmçinin Bruklində yəhudi məktəblərinin uşaqlarına zəhərli şirniyyatların verilməsini də əhatə edirdi” – bəyanatda qeyd olunub.
İstintaqın məlumatına əsasən, Gürcüstan vətəndaşı saxlanıldıqdan sonra bir hissəsi radikal islamçı qruplar və “İslam Dövləti” kimi terror təşkilatları ilə əlaqəli öz planı ilə bağlı sxemləri hüquq-mühafizə orqanlarının əməkdaşlarına verib.
ABŞ-ın prokuroru Breon Pisi bildirib ki, təqsirləndirilən şəxsin neonasist ideologiyalarını gücləndirmək məqsədilə zorakı hücumlar və qətllər törətmək üçün bir neçə şəxsi kirayələməyə cəhd etdiyini güman edirlər.
ABŞ-ın istintaq qurumunun məlumatına əsasən, hücumun 2011-ci ildə Andres Breyvik tərəfindən Norveçdə təşkil edilmiş və 77 nəfərin ölümünə səbəb olan hücumdan daha böyük olması saxlanılan şəxsin niyyəti olub.
Günahı təsdiqlənməsi halında, Gürcüstan vətəndaşını 20 il müddətinə həbs cəzası gözləyir.