ABŞ-da, Nevada ştatının Reno şəhəri yaxınlığına meşə yanğınının yaxınlaşması səbəbindən təxminən 90 000 insana təxliyə olunmaq çağırışı edilib
ABŞ-da, Nevada ştatının Reno şəhəri yaxınlığına meşə yanğınının yaxınlaşması səbəbindən təxminən 90 000 insana təxliyə olunmaq çağırışı edilib. Medianın məlumatına görə, təxminən 42.000 insana dərhal evlərini tərk etmək əmri verilib, daha 45.000 nəfərə isə getməyə hazırlaşmaq çağırışı edilib.
“BBC” yazır ki, Nevada qubernatoru Co Lombardo Vaşo əyalətində fövqəladə vəziyyət elan edib və Milli Qvardiaya yanğının söndürülməsində yanğınsöndürmə və hüquq-mühafizə orqanlarına kömək etmək əmri verib.
Onun sözlərinə görə, yanğının baş verməsinə insanların ehtiyatsızlığı səbəb olub. Bununla yanaşı, güclü külək və yüksək temperatur yanğın sahəsinin genişlənməsinə səbəb olub. Rəsmi şəxslərin bildirdiyinə görə, hazırda yanğın nəticəsində altı nəfərin xəsarət aldığı məlumdur. Hazırkı göstəricilərə əsasən, yanğın təxminən 10 500 hektar ərazini məhv edib.