ABŞ-da çovğun nəticəsində 11 nəfər həlak olub, bir milyondan çox abunəçi isə elektrik enerjisiz qalıb
ABŞ-da çovğun nəticəsində 11 nəfər həlak olub, bir milyondan çox abunəçi isə elektrik enerjisiz qalıb

ABŞ-da çovğun nəticəsində 11 nəfər həlak olub, bir milyondan çox abunəçi isə elektrik enerjisiz qalıb. Bu barədə “CNN” yazır.

Nyu-York meri Zöhran Mamdaninin bildirdiyinə görə, Nyu-Yorkda ən azı beş nəfər həlak olub.

Mediyanın məlumatına görə, Neşvildə, Missisipi və digər zərərçəkmiş ştatlarda elektrik enerjisi bir neçə gün müddətində kəsilə bilər.

Əlverişsiz hava şəraiti səbəbindən ABŞ-da 17 mindən çox uçuş ləğv edilib. Hava limanlarının böyük hissəsi bağlıdır. Nyu-York, Çikaqo və Klivlend də daxil olmaqla müxtəlif şəhərlərdə distant təhsilə keçilib. Ölkənin 18 ştatında fövqəladə vəziyyət elan edilib.

Sinoptiklərin məlumatına görə, həftə ərzində ABŞ-da qar, çovğun, yağış və şaxta davam edəcək.