ABŞ-da güclü fırtına nəticəsində azı 12 nəfər həlak olub
ABŞ-da güclü qış fırtınası nəticəsində azı 12 nəfər həlak olub. Məlumatı “BBC” yayır.
Bol yağıntı və şiddətli şaxta səbəbindən 1,5 milyon insan işıqsız qalıb. Yüzlərlə aviareys təxirə salınıb. Bəzi ştatlarda havanın temperaturu mənfi 45 dərəcədir.
Fəlakət Texasdan Kvebekə, əsasən ABŞ və Kanadanın şərq hissəsində yayılıb. Buffalo, Pensilvania və Miçiqan ştatlarında 89 sm-ə qədər güclü yağıntı proqnozlaşdırılıb. Nyu-York və Nyu-Cersi ştatlarının sahilyanı yaşayış məntəqələri su altında qalıb.
Cənubda yerləşən və nisbətən mülayim hava şəraitinə malik Luiziana, Alabama, Florida və Corcia ştatlarında şiddətli şaxta müşahidə olunur.
Ohaio ştatında pis hava şəraitinin yaratdığı yol-nəqliyyat hadisəsi nəticəsində 50-yə yaxın avtomobil zərər görüb, 2 nəfər həlak olub.