ABŞ-da güclü fırtına nəticəsində 19 nəfər həlak olub
ABŞ-da güclü fırtına nəticəsində 19 nəfər həlak olub

ABŞ-da güclü fırtına nəticəsində 19 nəfər həlak olub.

Məlumatı “BBC” yayır.

Ölkənin şimal bölgələrində iki milyon insan işıqsız qalıb. Təbii fəlakət səbəbindən minlərlə reys təxirə salınıb.

Ən ağır vəziyyət havanın temperaturunun mənfi 45 dərəcəyə endiyi Montana ştatındadır.

Viskonsin, Kanzas, Kentukki, Kolorado, Missuri, Miçiqan, Nebraska, Nyu-York, Ohaio, Oklahoma və Tennessi ştatları fəlakətlə mübarizə aparır.