ABŞ-da qış fırtınasından sonra həlak olanların sayı 85-ə gədər yüksəlib
ABŞ-da qış fırtınasından sonra həlak olanların sayı 85-ə gədər yüksəlib

ABŞ-da qış fırtınasından sonra həlak olanların sayı 85-ə gədər yüksəlib. ABC News-un məlumatına görə, onların əksəriyyəti yol-nəqliyyat hadisələrinin qurbanı olub.

Medianın məlumatına görə, təbii fəlakət xüsusilə ölkənin cənub ştatlarında güclüdür. Onların məlumatına görə, fəlakət elektrik xətlərinə ziyan vurub.

Missisipidə təbii fəlakət nəticəsində azı 14 nəfər həlak olub. Ştatda 95 000 abunəçiyə hələ də elektrik enerjisi verilmir.
Tennessi ştatının Səhiyyə Departamenti azı 13 nəfərin həlak olduğu barədə xəbər verir, Luizianada isə təbii fəlakət nəticəsində azı 9 nəfər həyatını itirib.

Bununla yanaşı, medianın məlumatına görə, Nyu-Yorkda azı 10 nəfər küçədə ölü vəziyyətdə tapılıb.