ABŞ-da qasırğa ən azı 21 nəfərin həyatına son qoyub
ABŞ-da qasırğa ən azı 21 nəfərin həyatına son qoyub. Bu barədə “NBC” news yazır. Ən çox insan, on nəfər Tennessi ştatında daşqın və fırtınada həlak olub, Kentuki ştatı isə ən çox zərər çəkdi. Bu ştatda xilasedicilər şənbə-bazar günü 40-dan çox insanı xilas ediblər.
Həmçinin suyun səviyyəsi elektrik stansiyasına çatıb, bu da hakimiyyəti elektrik enerjisini kəsməyə məcbur edib.
Daşqın Corciya, İndiana, Arkanzas və Missisipi ştatlarında da təlafatla nəticələnib.