ABŞ-da ən məşhur şərab şoularından biri - "V is for Vino" - gürcü şərabı haqqında geniş süjet hazırlayır
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Davit Sonğulaşvili şərab şousu “V is for Vino”nun çəkiliş qrupunun üzvləri ilə görüşüb.
Media nümayəndələri ilin sonuna kimi bütün “V is for Vino” platformasında – rəsmi səhifədə, sosial media kanallarında, Reach TV kabel televiziya kanalında və Amerika miqyasında 90-dan çox hava limanında yerləşdiriləcək gürcü şərabı haqqında geniş süjet hazırlayırlar.
“Son illər ərzində gürcü şərabının ABŞ-a ixracı durmadan artır. Müvafiq olaraq, ABŞ bazarı üçün məqsədyönlü marketinq kampaniyaları gürcü şərabı haqqında məşhurluluğu artırmaq üçün xüsusilə zəruridir. “V is for Vino”nun, Milli Şərab Agentliyi ilə əməkdaşlıq edərək Gürcüstanda bu istiqamətdə işlədiyinə görə şadam və bütün ölkə miqyasında intensiv çəkilişlərdən sonra, onun bütün platformaları vasitəsilə ABŞ əhalisi gürcü şərab mədəniyyəti haqqında məlumat əldə edəcək”, – nazir görüşdə qeyd edib.
Çəkiliş qrupunun üzvləri Gürcüstanın müxtəlif bölgəsində şərab anbarlarına baş çəkiblər. Görüşdə qeyd olunduğu kimi, iş prosesi kifayət qədər səmərəli və maraqlı oldu.
Yüz minlərlə tamaşaçı gürcü şərabı haqqında süjet ilə tanış olacaq ki, bu da gürcü şərabının ABŞ bazarında mövqeyini möhkəmləndirmək üçün əlavə imkan yaradır.
ABŞ-da planlaşdırılan marketinq kampaniyası çərçivəsində Milli Şərab Agentliyinin və agentliyin podratçısı amerikan marketinq şirkəti Colangelo & Partners-in dəstəyi ilə “V is for Vino” şərab şousunun çəkiliş qrupu bir həftəlik Gürcüstanda olub. Qeyd etmək lazımdır ki, ABŞ gürcü şərabının strateji ixrac bazarlarından biridir və burada Milli Şərab Agentliyi 2013-cü ildən məqsədyönlü marketinq fəaliyyətləri həyata keçirir. Son illərdə Milli Şərab Agentliyinin təşəbbüsü ilə reklam kampaniyaları CBS, CNN, New York Times, Wine Enthusiast kimi nüfuzlu media vasitələri ilə gücləndirilib ki, bu da ABŞ-da gürcü şərabı satışlarının artmasına səbəb oldu. 2024-cü ildə ixrac tarixi maksimum 1,2 milyon litrə çatıb ki, bu da 2023-cü ilin göstəricisindən 32% çoxdur.
Məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.