ABŞ-da, Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma baş verib

10:28, 26.04.2026

Vaşinqtonda “Hilton” mehmanxanasında keçirilən və ABŞ Prezidenti Donald Tramp və birinci ledi Melania Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma baş verib.

Bu barədə ” Reuters” məlumat yayır.

Medianın məlumatına görə, tədbirdə həmçinin ABŞ-ın vitse-prezidenti və müdafiə naziri iştirak edirdi.

Atışmadan sonra ABŞ Nazirlər Kabineti təxliyə edilib. Hücum nəticəsində heç kim xəsarət almayıb və hücum edən şəxs saxlanılıb.

Oxşar