ABŞ-da dizel yanacağının qiyməti rekord həddə çatıb

16:57, 04.09.2026

ABŞ-da dizel yanacağının qiyməti rekord həddə çatıb və tarixdə ilk dəfə olaraq bir qallon üçün (3,8 litr) orta hesabla 5,85 dollara çatıb. Bu barədə “BBC” Amerika Avtomobil Assosiasiyasının məlumatlarına istinadən yazır.

Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, ABŞ-da bir qallon dizel yanacağının orta qiyməti 5,85 dollara çatıb, halbuki bir il əvvəl onun orta qiyməti 3,71 dollar təşkil edirdi.

ABŞ-da dizel yanacağından əsasən kommersiya nəqliyyat vasitələri, o cümlədən yük avtomobilləri, qatarlar, qayıqlar, avtobuslar, kənd təsərrüfatı və tikinti texnikası istifadə edir.

“BBC” yazır ki, İranla münaqişə başladıqdan sonra yanacaq qiymətləri kəskin şəkildə artıb ki, bu da topdansatış neft qiymətlərinin yüksəlməsini əks etdirir.

Mediada qeyd edilir ki, artan yanacaq qiymətlərinə cavab olaraq, ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Venesuela ilə bağlanan neft sazişi vasitəsilə “bütün amerikalılar üçün benzin qiymətlərini əhəmiyyətli dərəcədə azaldacağına” söz verib.

Oxşar