ABŞ-da Apache-nin qəzaya uğraması nəticəində iki nəfər həlak oldu
ABŞ-da Apache-nin qəzaya uğraması nəticəində iki nəfər həlak oldu

ABŞ-ın Kaliforniya ştatında “Apache” hərbi vertolyotu qəzaya uğrayıb.

Hhadisə nəticəsində iki pilot həlak olub.

Qəzanın səhra üzərində təlim uçuşu zamanı baş verdiyi bildirilir. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

İnsidentlə bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, bu cari ildə ABŞ hərbiçilərinin ölümü ilə nəticələnmiş ilk bədbəxt hadisədir.