ABŞ, Böyük Britaniya və Fransa Suriyəyə aviazərbələr endirdilər
ABŞ, Böyük Britaniya və Fransa Suriyəyə aviazərbələr endirdilər

ABŞ, Böyük Britaniya və Fransanın hərbi qüvvələri Suriyəyə aviazərbələr endirdilər, – bu barədə ABŞ-ın Birləşmiş Qüvvələr Qərargahının rəhbəri Cozef Danford Pentaqonda keçirdiyi brifinqdə bəyan etdi.

Danfordun bəyanatına görə, hava zərbələrinin hədəflərindən biri, kimyəvi silah üzərində işlənilən  tədqiqat mərkəzi idi, ikinci hədəf isə, kimyəvi silahın saxlanıldığı anbar. 

Onun dediyinə görə, hava zərbələrinin məqsədi odur ki, gələcəkdə kimyəvi silahdan bir daha istifadə edilməsin.

Bununla yanaşı, ABŞ-ın Müdafiyə katibi Ceims Metis bəyan etdi ki, bu mərhələdə ABŞ Suriyə ərazisinə hava zərbələrini endirməyi artıq planlaşdırmır.

ABŞ prezidenti Donald Tramp bugün bəyan etdi ki, Duma şəhərində kimyəvi silahdan istifadə edilmə faktına cavab olaraq, Suriyəyə raket zərbələrinin endirilməsi haqqında əmr verdi.

Suriyə iqtidarına qarşı hərbi əməliyyata Britaniya və Fransa da qoşuldular.

ABŞ prezidenti Donald Trampın bəyanatından sonra, Suriyənin paytaxtı Dəməşqdə partlayışlar baş verdi.

Şərh yaz