ABŞ Baş Prokurorunun məlumatına görə, Nikolas Maduro və onun həyat yoldaşına narkoterror sui-qəsdi və ABŞ-a qarşı destruktiv avadanlıqlar saxlamaqla bağlı ittihamlar irəli sürülüb
ABŞ Baş Prokurorunun məlumatına görə, Nikolas Maduro və onun həyat yoldaşına narkoterror sui-qəsdi və ABŞ-a qarşı destruktiv avadanlıqlar saxlamaqla bağlı ittihamlar irəli sürülüb

ABŞ-ın baş prokuroru Pamela Bondi, Nikolas Maduro və həyat yoldaşı Silia Floresə qarşı Nyu Yorkun Cənub Bölgəsində ittiham irəli sürüldüyünü bəyan edib.

Nikolas Maduroya qarşı narkoterror sui-qəsdi, kokain idxalı üçün sui-qəsd, pulemyotlar və destruktiv qurğuların saxlanması, həmçinin pulemyotlar və destruktiv qurğuların ABŞ-a qarşı saxlanması ittihamları irəli sürülüb.

“Onlar tezliklə ABŞ ərazisində, amerika məhkəmələrdə tam hüquqi cəzanı alacaqlar. ABŞ Ədliyyə Departamenti adından prezident Trampa Amerika adından məsuliyyətin tələb edilməsi üçün göstərdiyi cəsarətə görə təşəkkür etmək istəyirəm və bu iki şübhəli beynəlxalq narkotik tacirini ələ keçirmək üçün inanılmaz və çox uğurlu missiyanı yerinə yetirən cəsur hərbçilərimizə böyük təşəkkürümü bildirmək istəyirəm”, – bu barədə ABŞ-ın baş prokuroru bildirib.

Məlumat üçün bildirək ki, ABŞ hərbçiləri Venesuelada hərbi bazaları, ölkənin əsas limanını və parlament binasını bombalayıb. Venesuela hökuməti bəyanat yayıb, bəyanata əsasən prezident Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edib. Venesuela hökuməti ABŞ-ı hücum etməkdə günahlandırıb və “hərbi təcavüzü” pisləyib və bu təcavüzün məqsədi olaraq Vaşinqtonun ölkənin neft və minerallarını ələ keçirmək istəyini göstərib. Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp ABŞ hərbçilərinin Venesuela lideri Nikolas Maduronu və həyat yoldaşını həbs edərək ölkədən çıxardığını bildirib. ABŞ dövlət katibi Marko Rubionun bildirdiyinə görə, Nikolas Maduro Venesuelanın prezidenti deyil, O, narkoterrorist təşkilatının rəhbəridir və ABŞ-a narkotik daxil etməklə ittiham olunur.