ABŞ Azərbaycan və Ermənistana növbəti 100 il ərzində Zəngəzur dəhlizinə nəzarət etməyi təklif edir
ABŞ Azərbaycan və Ermənistana növbəti 100 il ərzində Zəngəzur dəhlizinə nəzarət etməyi təklif edir

ABŞ Azərbaycana və Ermənistana Zəngəzur dəhlizinin idarə olunmasını təklif edir.

ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın media ilə söhbətində bildirdiyi kimi, Vaşinqton tərəflərə qarşıdakı 100 il ərzində 32 km-lik Zəngəzur dəhlizinə nəzarət etməyi təklif edib.

Tom Barakın dediyinə görə, bu yolla hər iki tərəf dəhlizdən istifadə etmək imkanı əldə edəcək.

Diplomatın izahatına görə, onların məqsədi Azərbaycan və Ermənistana diplomatik danışıqların irəliləməsinə kömək etməkdir.