ABŞ Ali Məhkəməsi Tramp administrasiyasına Kuba, Haiti, Nikaraqua və Venesueladan olan 530 mindən çox immiqrant üçün humanitar statusu ləğv etməyə və onları ölkədən deportasiya etməyə icazə verdi

21:51, 30.05.2025
An American flag flies outside the Supreme Court in Washington, Monday, Sept. 3, 2018, as the Senate prepares for the confirmation hearing this week of President Donald Trump's Supreme Court nominee, Brett Kavanaugh. (AP Photo/J. Scott Applewhite)

ABŞ Ali Məhkəməsi Tramp administrasiyasına Kuba, Haiti, Nikaraqua və Venesueladan olan 530 mindən çox immiqrant üçün humanitar statusu ləğv etməyə və onları ölkədən deportasiya etməyə icazə verdi.

Beləliklə, Ali Məhkəmə Boston dairə məhkəməsinin hakiminin immiqrantlar üçün hüquqi müdafiə statusunun ləğv edilməsinin qarşısını almağa dair qərarını dayandırdı.

Ali Məhkəmənin iki hakimi sözügedən qərara qarşı çıxıb. Humanitar status mühacirlərə ABŞ-da yaşamaq və işləmək imkanı verir. Müvafiq proqram Bayden administrasiyası dövründə Meksika sərhədində qanunsuz miqrasiyanın qarşısını almaq məqsədilə tətbiq olunmuşdu.

Donald Tramp inauqurasiya günündə humanitar proqramların dayandırılması haqqında sərəncam imzalayıb. Tramp administrasiyası bildirir ki, statusun ləğv olunması deportasiya prosesini sürətləndirəcək.

Oxşar