Abxaziyadan müvəqqəti olaraq köçkün düşmüş 1000-ə ailəyə Pasxa bayramı hədiyyəsi verilib
Abxaziyadan müvəqqəti olaraq köçkün düşmüş 1000-ə ailəyə Pasxa bayramı hədiyyəsi verilib

Abxaziya Muxtar Respublikası Hökumətinin sədri Levan Mqaloblişvili, Sameqrelo-Zemo Svaneti bölgəsinin nümayəndəsi Davit Verava və Gürcüstan parlamentinin üzvü Davit Kodua Tsalencixa bələdiyyəsində yaşayan, Abxaziyadan müvəqqəti olaraq köçkün düşmüş əhali ilə görüşüblər.

Abxaziya hökumətinin sədri Cvari şəhərində yanğın nəticəsində zərər çəkmiş Çaçxalialar ailəsinə baş çəkib, onları Pasxa bayramı münasibətilə təbrik edib və Abxaziyadan müvəqqəti olaraq köçkün, sosial cəhətdən həssas olan Nestan Çaçxaliaya bayram hədiyyəsi təqdim edib.

Abxaziya Muxtar Respublikası Hökumətinin təşkilatçılığı və Tbilisi meriyasının dəstəyi ilə bu il Pasxa bayramı ilə əlaqədar ölkə miqyasında Abxaziyadan müvəqqəti olaraq köçkün düşmüş və aztəminatlı 1000-ə yaxın ailəyə bayram hədiyyəsi verilib. Paylanma prosesində Abxaziya hökumətinin üzvləri, hökumət aparatının və nazirliklərinin nümayəndələri fəal iştirak edirdilər.

Qeyd etmək lazımdır ki, Abxaziya Muxtar Respublikası hökuməti cari ilin yanvar ayında məcburi köçkünlərin məskunlaşdığı Cvari obyektində baş vermiş yanğın nəticəsində zərər çəkmiş ailəyə ehtiyat fondundan maddi yardım göstərib.

Məlumatı Abxaziya Muxtar Respublikası hökumətinin mətbuat xidməti yayır.