Abxaziya Muxtar Respublikasının Hökumətinin sədri vətəndaşları "Tbilisoba" bayramı münasibətilə təbrik edir
Abxaziya Muxtar Respublikası hökumətinin sədri Qiorqi Cinçaradze vətəndaşları “Tbilisoba” bayramı münasibətilə təbrik edir.
Qiorqi Cinçaradzenin sosial şəbəkədə şəbəkədə yazdığına görə, Abxaziyadan olan məcburi köçkünlər üçün Tbilisi ikiqat dəyərlidir, bu şəhər minlərlə köçkünə qapılarını açdı, bizə sığınacaq, istilik və ümid verdi.
““Tbilisoba” bayramınızı təbrik edirəm! Tbilisi bizim ölkəmizin ürəyidir, gürcü mədəniyyətinin, ənənənin və insan istiliyinin əsrlər boyu bir-birinə qarışdığı şəhər. Abxaziyadan olan qaçqınlar üçün Tbilisi bizim üçün ikiqat dəyərlidir. Bu şəhər minlərlə məcburi köçkünə qapılarını açdı, bizə sığınacaq, istilik və öz yurd-yuvasından ayrılmış insanların da ləyaqətlə yaşaya biləcəyinə dair ümid verdi. Tbilisi hamınındır, lakin hər birimizin qəlbində onun xüsusi yeri var – ümidin, birliyin və sevginin şəhəri kimi. Paytaxtımıza və bütün Gürcüstana sülh və sevinc arzulayırıq”, – Qiorqi Cinçaradze yazır.