Abxaziya Muxtar Respublikası Hökumətinin Sədri Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Abxaziya Muxtar Respublikası Hökumətinin Sədri Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Abxaziya Muxtar Respublikası Hökumətinin sədri Levan Mqaloblişvili Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çou Tsien ilə görüşüb.

Tanışlıq xarakterli görüş zamanı hökumət sədri səfirə Abxaziyadan müvəqqəti olaraq köçkün düşmüş rəssamların və Soxumi Dövlət Dram Teatrının əsərlərindən ibarət sərgini göstərib.

Görüşün rəsmi hissəsində Levan Mqaloblişvili çinli diplomata Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib və Abxaziya Muxtar Respublikası hökumətinin fəaliyyəti haqqında məlumat verib. O, həmçinin Abxaziyanın işğal olunmuş ərazisində mövcud vəziyyətlə tanış edib və yerli əhalinin əsas çağırışlarından danışıb.

Tərəflər Gürcüstan və Çinin ərazi bütövlüyü və suverenliyini güclü dəstəklədiklərini və qarşılıqlı hörmət etdiklərini bir daha təsdiq etdilər.

Görüş iştirakçıları Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq çərçivəsində səhiyyə, təhsil, iqtisadiyyat və mədəniyyət istiqamətində gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd etmək lazımdır ki, Gürcüstan və Çin arasında diplomatik münasibətlər qurulduqdan sonra Abxaziya Muxtar Respublikası Hökumətinin sədri ilə Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri arasında ilk dəfə görüş keçirilib.

Görüdə Çin Xalq Respublikasının Gürcüstandakı səfirliyinin attaşesi Hi Peniu, səfirliyin birinci katibi Vanq Dan və Abxaziya Muxtar Respublikası Hökumətinin Aparat rəhbəri David Morqoşia iştirak edirdilər.