Abxaziya hökumətinin nümayəndələri Kamani faciəsi zamanı həlak olanların xatirəsini ehtiramla yad ediblər
Abxaziya müharibəsi zamanı Kamani kəndində baş vermiş faciədən 32 il ötür.
Bu faciəvi günlə əlaqədar Abxaziya Muxtar Respublikası Hökumətinin sədri Qiorqi Cinçaradze Abxaziya hökumətinin üzvləri və Veteranların İşləri üzrə Dövlət Xidmətinin nümayəndələri ilə birlikdə, Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsini ehtiramla yad edib və qəhrəmanların abidəsini əklillə bəzəyib.
Memorialda İlorinin Müqəddəs Qiorqi adına məbədinin nümayəndəliyinin rəhbəri Ata Levan Canaşia Kamani faciəsi zamanı həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirib.
Memorialın yanında Abxaziya Muxtar Respublikası Hökumətinin və Abxaziya döyüşçüləri birliyinin nümayəndələri iştirak edirdilər.
1993-cü il iyulun 5-də tərkibində rus “döyüşçüləri” və kazaklar olan Abxaziya dəstələri Kamani kəndinə hücum həyata keçirdilər. Yerli mühafizəçilərin qəhrəmancasına müqavimətinə baxmayaraq, kəndi müdafiə etmək mümkün olmayıb və düşmən kəndi tamamilə işğal edib. Kəndin ələ keçirilməsindən dərhal sonra mülki əhaliyə qarşı miqyaslı işgəncə və qırğın baş verdi.
Məlumatı Abxaziya hökumətinin mətbuat xidməti yayır.