Abbas Əraqçi – ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarının vurduğu ziyan geniş və ciddidir
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-ın İranın nüvə obyektlərinə hücumu “geniş və ciddi” ziyana səbəb olub.
“Deməliyəm ki, ziyan böyük və ciddidir, lakin Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin gəlib-gəlməməsi və tam şəkildə məlumatlandırılıb-məlumatlandırılmaması məsələsi Parlamentin qanunlarına uyğun olaraq həll olunmalıdır”, – deyə Əraqçi İran mediasına müsahibəsində qeyd edib.