Abbas Əraqçi – Hörmüz boğazında dəniz hərəkətinin bərpası yalnız İranın məsuliyyətindədir, başqa heç bir ölkənin bu məsələyə müdaxilə etmək hüququ yoxdur

18:36, 28.06.2026

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Hörmüz boğazında dəniz hərəkətinin bərpası yalnız İranın məsuliyyətindədir və başqa heç bir ölkənin bu məsələyə müdaxilə etmək hüququ yoxdur.

İranın yüksək rütbəli rəsmi şəxsi bu bəyanatı Bağdad şəhərində iraqlı həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında verib.

“İran İslam Respublikası tərəfindən hazırda icra olunan razılaşmalardan yeni və ya onlardan ayrı sazişlərin əldə edilməsinə yönəlmiş hər hansı bir cəhd yalnız vəziyyəti mürəkkəbləşdirəcək, Hürmüz boğazının yenidən açılmasını gecikdirəcək və gərginlik səviyyəsini artıracaq”, – deyə Abbas Əraqçi bildirib.

Livan məsələsindən danışarkən İranın xarici işlər naziri qeyd edib ki, ABŞ hökuməti qarşılıqlı anlaşma memorandumu çərçivəsində hücumları dayandırmağa, müharibənin başa çatmasını və  işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasını təmin etməyə borcludur.

Oxşar