Abbas Əraqçi – İran və Oman müvəqqəti dəniz marşrutu haqqında razılaşma əldə etməyə yaxındırlar, lakin bu razılaşma Hörmüz boğazının yenidən açılması demək deyil

14:33, 09.08.2026

İran və Oman müvəqqəti dəniz marşrutu haqqında razılaşma əldə etməyə yaxındırlar, lakin bu razılaşma Hörmüz boğazının yenidən açılması demək deyil, – bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirir.

Bununla yanaşı, Araqçinin sözlərinə görə, Tehran və Vaşinqton arasında mövcud olan qarşılıqlı anlaşma memorandumunun pozulmasına görə ABŞ İrana təzminat ödəməlidir.

“Biz müvəqqəti marşrut məsələsini müzakirə edirik. Nəticəyə çox yaxınıq. Lakin İran və Oman arasında marşrutun müəyyən edilməsi heç də Hörmüz boğazının açılması demək deyil, çünki bu, başqa şərtlərə tabedir. Birləşmiş Ştatlar İran-ABŞ qarşılıqlı anlaşma memorandumunun pozulmasına görə təzminat ödəməlidir. Hazırkı vəziyyət Birləşmiş Ştatların qarşılıqlı anlaşma memorandumunu pozmasının nəticəsidir”, – deyə İranın xarici işlər naziri bildirib.

Əraqçinin sözlərinə görə, Amerika Birləşmiş Ştatları İranın xəbərdarlıqlarına dəfələrlə məhəl qoymayıb və Hürmüz boğazından yan keçən alternativ marşrut yaratmağa çalışıb ki, bu da Tehran üçün qəbuledilməzdir.

Oxşar