Abbas Əraqçi -İran heç vaxt nüvə silahına sahib olmağa cəhd etməyib və xalqımızın legitim maraqlarını təmin edəcək ədalətli və bərabərhüquqlu nüvə sazişini qəbul etməyə hazırdır
İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ikitərəfli münasibətlər və ortaq maraq doğuran regional məsələlər üzrə görüşməkdən məmnun olduğunu bildirib. Abbas Əraqçi bu barədə X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, söhbət zamanı bir daha İranın ölkənin heç vaxt nüvə silahına sahib olmağa cəhd etmədiyi ilə bağlı mövqeyi vurğulanıb. Əraqçi həmçinin bildirib ki, İran ədalətli nüvə sazişini qəbul etməyə hazırdır.
“Söhbətdə bir daha təkrarladım ki, İran heç vaxt nüvə silahına sahib olmağa cəhd etməyib və xalqımızın qanuni maraqlarına cavab verən ədalətli və bərabərhüquqlu nüvə sazişini qəbul etməyə hazırdır. Bu, “nüvə silahının olmamasının” təmin edilməsini və sanksiyaların ləğvinə zəmanət verilməsini əhatə edir. Digər qardaş qonşularla birlikdə Türkiyə də regionda sülh və sabitliyə nail olmaq üçün xoş niyyətini genişləndirib. İran İslam Respublikası bu cür səylərə minnətdardır və bu səyləri təqdir edir”, – Abbas Əraqçi sosial şəbəkədə yazır.
Bununla yanaşı, İranın xarici işlər naziri Tehranın region dövlətləri ilə əməkdaşlığa həmişə hazır olduğunu bildirib. Onun sözlərinə görə, İran regionda sülhü və sabitliyi qorumağa, həmçinin regionu “qanunsuz təcavüzdən” qorumağa hazırdır.