Abbas Əraqçi - İran ABŞ ilə mümkün nüvə sazişi layihəsini 2-3 gün ərzində hazırlamağı planlaşdırır
Abbas Əraqçi - İran ABŞ ilə mümkün nüvə sazişi layihəsini 2-3 gün ərzində hazırlamağı planlaşdırır

İran ABŞ ilə mümkün nüvə sazişi layihəsini 2-3 gün ərzində hazırlamağı planlaşdırır, – bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

İran xarici işlər nazirinin dediyinə görə, ABŞ Cenevrədə keçirilən son danışıqlar zamanı İrandan “sıfır uran zənginləşdirilməsi” tələb etməyib. Əraqçinin dediyinə görə, müzakirələr Vaşinqtona İranın nüvə proqramının “yalnız dinc məqsədlər üçün” olduğunu sübut edə biləcək tədbirlərə yönəlib.

Tehran və Vaşinqton arasında Cenevrədə aparılan danışıqlardan sonra İranın baş danışıqçısı, xarici işlər naziri Abbas Əraqçi bildirib ki, iki tərəf potensial razılaşmanın mətni üzərində işə başlamaq üçün əsas təşkil edəcək bir sıra “rəhbər prinsiplər” barədə ümumi razılığa gəliblər.