Abbas Əraqçi - Tramp “hər şeydən əvvəl Amerika” şüarını “hər şeydən əvvəl İsrail” şüarına çevirdi, bizim güclü silahlı qüvvələrimiz təcavüzkarlara layiq olduqları dərsi verəcək
Abbas Əraqçi - Tramp “hər şeydən əvvəl Amerika” şüarını “hər şeydən əvvəl İsrail” şüarına çevirdi, bizim güclü silahlı qüvvələrimiz təcavüzkarlara layiq olduqları dərsi verəcək

Bizim güclü silahlı qüvvələrimiz təcavüzkarlara layiq olduqları dərsi verəcək, – bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

İran xarici işlər nazirliyi rəhbərinin sözlərinə görə, Benyamin Netanyahu və Donald Trampın İrana qarşı müharibəsi tamamilə əsassız, qanunsuz və qeyri-legitimdir.

“Tramp “hər şeydən əvvəl Amerika” şüarını “hər şeydən əvvəl İsrail” şüarına çevirdi, bu da praktikada həmişə “ən sonuncu yerdə Amerika” deməkdir. Bizim güclü silahlı qüvvələrimiz belə bir gün üçün hazırdırlar və təcavüzkarlara layiq olduqları dərsi verəcəklər”, – deyə Abbas Əraqçi qeyd edib.