Abbas Əraqçi İsrailin İranın nüvə obyektlərinə hücumunu ağır hərbi cinayət adlandırdı
İranın xarici işlər naziri Abbas Əraqçi BMT-də çıxışında İsrailin İranın nüvə obyektlərinə hücumunu ağır hərbi cinayət adlandırıb.
Onun dediyinə görə, İran bütün mövcud qüvvə ilə öz ərazi bütövlüyü və suverenliyini qətiyyətlə müdafiə edəcək.
İranlı diplomatın qeyd etdiyi kimi, iyunun 15-də nüvə proqramı üzrə razılaşma məsələsi ilə bağlı ABŞ-la çox perspektivli görüş nəzərdə tutulmuşdu, lakin İsrailin hücumu diplomatiyaya xəyanət idi.