Abbas Əraqçi - İran Yaxın Şərqdə müharibənin dayandırılması üçün son dövrlərdə göstərilən diplomatik səylərə şübhə ilə yanaşır
Abbas Əraqçi - İran Yaxın Şərqdə müharibənin dayandırılması üçün son dövrlərdə göstərilən diplomatik səylərə şübhə ilə yanaşır

İran Yaxın Şərqdə müharibənin dayandırılması üçün son dövrlərdə göstərilən diplomatik səylərə şübhə ilə yanaşır. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi türk həmkarı Hakan Fidanla telefon danışığı zamanı bildirib.

“Associated Press”in məlumatına görə, İran və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı zamanı Əraqçi ABŞ-ı “əsassız tələblər irəli sürməkdə və ziddiyyətli hərəkətlər etməkdə” günahlandırıb və bunun razılaşma perspektivlərinə şübhə yaratdığını bildirib.

İranın xarici işlər nazirinin bildirdiyinə görə, ABŞ-ın son dövrlərdəki addımları İran tərəfdə “artan pessimizm” yaradıb. Lakin Abbas Əraqçi konkret olaraq hansı addımlardan danışıldığını deməyib.

Medianın məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Əraqçiyə bildirib ki, danışıqlar zamanı İranın iki dəfə hücum və təcavüzün hədəfi olduğunu nəzərə alaraq, Tehranın pessimizmi başa düşüləndir.