Abbas Əraqçi - İran, digər tərəflər ciddilik nümayiş etdirəcəkləri və uğur şansına xələl gətirən hərəkətlərdən çəkinəcəkləri təqdirdə, ədalətli nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu deyib
Abbas Əraqçi - İran, digər tərəflər ciddilik nümayiş etdirəcəkləri və uğur şansına xələl gətirən hərəkətlərdən çəkinəcəkləri təqdirdə, ədalətli nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu deyib

İran ədalətli nüvə danışıqlarını bərpa etməyə hazırdır, – “Reuters”in yazdığına görə, bu barədə İranın xarici işlər nazirinin, Abbas Əraqçinin Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasa göndərdiyi məktubunda qeyd olunub.

“Mən İranın ədalətli və balanslaşdırılmış diplomatik danışıqları bərpa etməyə hazır olduğunu bir daha təsdiq edirəm, bir şərtlə ki, digər tərəflər ciddilik, xoşməramlılıq nümayiş etdirsinlər və uğur şansına xələl gətirən hərəkətlərdən qaçsınlar”, – məktubda deyilib.

Xatırladaq ki, dünən Böyük Britaniya, Fransa və Almaniya BMT-nin İrana qarşı sanksiyalarının bərpası üçün 30 günlük prosesə başlayıb.