Abbas Əraqçi - Danışıqların pozulmasının səbəbi ABŞ-ın xəyanəti, ziddiyyətli mövqeyi və həddindən artıq tələbləridir
Abbas Əraqçi - Danışıqların pozulmasının səbəbi ABŞ-ın xəyanəti, ziddiyyətli mövqeyi və həddindən artıq tələbləridir

Danışıqların pozulmasının səbəbi ABŞ-ın xəyanəti, ziddiyyətli mövqeyi və həddindən artıq tələbləridir, – bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreş ilə söhbəti zamanı bildirib.

Abbas Əraqçi Birləşmiş Ştatların üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini Pakistanın vasitəçiliyi ilə aparılan danışıqların pozulmasının səbəbi hesab edir.

Əraqçi vurğulayıb ki, ABŞ-yə qarşı dərin inamsızlığa baxmayaraq, İran diplomatik prosesə hələ də ciddi və məsuliyyətlə yanaşır, həmçinin ədalətli və ağlabatan nəticə əldə etmək üçün bütün imkanlardan istifadə edir.

İran mediasının məlumatına görə, BMT-nin baş katibi öz növbəsində ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qarşı güc tətbiqini rədd edib və BMT Nizamnaməsinin prinsiplərinə riayət etməyin və regionda sülh və sabitliyin bərqərar olması üçün diplomatik vasitələrdən istifadə etməyin vacibliyini vurğulayıb.