Abbas Əraqçi – İranı kənarlaşdırmaqla və ya görməzdən gəlməklə regional təhlükəsizlik təmin edilə bilməz

17:41, 14.06.2026

İranı kənarlaşdırmaqla və ya görməzdən gəlməklə regional təhlükəsizlik əldə edilə bilməz, – bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

İranlı diplomat həmçinin qeyd edib ki, Yaxın Şərqdə formalaşmış və sülh gətirməli olan yeni təhlükəsizlik strukturuna bütün ölkələrin iştirakı lazımdır.

“Region ölkələri tədricən o reallığa yaxınlaşıblar ki, davamlı təhlükəsizlik, iqtisadi inkişaf və regional sabitlik yalnız əməkdaşlıq, qarşılıqlı anlaşma və regionun bütün ölkələrinin, o cümlədən İran İslam Respublikasının ümumi maraqlarının nəzərə alınması sayəsində mümkündür”, – Əraqçi bildirib.

Oxşar