Abbas Əraqçi – İran parlamentinin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, Tehran BMT-nin Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməyi planlaşdırır
İran parlamentinin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, Tehran BMT-nin Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməyi planlaşdırır, – Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Abbas Əraqçi qeyd edib ki, bombalanmış nüvə obyektlərinə giriş təhlükəsizlik və müdafiə problemləri yaradır.
Onun dediyinə görə, yeni qanun BMT-nin Atom Enerjisi Agentliyi tərəfindən İranın nüvə obyektlərinin təftişinin Ali Milli Təhlükəsizlik Şurasının təsdiqini tələb etməsini nəzərdə tutur.