7 noyabr hadisələrindən sonra 10 il keçdi
7 noyabr hadisələrindən sonra 10 il keçdi

2007-ci ilin 7 noyabrında baş verən hadisələrdən sonra 10 il keçdi.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin iqtidarına qarşı etiraz aksiyası noyabrın 3-də başlamışdı. Noyabrın 7-də isə, müxalifət partiyaları parlamentin qabağında çadır qurmuşdular.

2007-ci ilin noyabrın 7-də müxalifətin aksiyası polis tərəfindən qəddar formada dağıdıldı.

Həmin axşam xüsusi təyinat qüvvələri “İmedi” teleşirkətinə daxil oldular və canlı yayımda, yayımçılığı dayandırdılar.

Sabiq prezident Mixeil Saakaşvili 15 günlük fövqəladə vəziyyət elan etdi və növbədənkənar parlament seçkilərini təyin etdi.