4 və 5 aprel tarixlərində Tbilisi Botanika Bağında “Sakuranın çiçəklənmə günləri” keçiriləcək
Gürcüstanın Milli Botanika Bağının təşkilatçılığı ilə 4 və 5 aprel tarixlərində “Sakuranın çiçəklənmə günləri” keçiriləcək.
Botanika bağını ziyarət edənləri iki gün ərzində yapon mövzusunda hazırlanmış əl işləri sərgisi, anime sərgisi, yapon ədəbiyyatının müxtəlifliyi, origami və şodо ustad dərsləri qarşılayacaq. Həmçinin yapon rəqsləri nümayiş etdiriləcək.
Bazar günü, saat 10:30-da festivalın ikinci günü ənənəvi yapon çay mərasimi ilə açılacaq, ardınca suşi və kintsugi ustad dərsləri keçiriləcək.
“Sakuranın çiçəklənmə günləri” Tbilisi meriyası və Yaponiyanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə artıq altıncı dəfə keçirilir.
Tbilisi meriyasının mətbuat xidməti məlumat yayır.