4 oktyabr seçkilərində qeydiyyatdan keçmək üçün MSK-ya 17 partiya müraciət edib, onlardan 14-ü artıq qeydiyyatdan keçib
4 oktyabr seçkilərində qeydiyyatdan keçmək üçün MSK-ya 17 partiya müraciət edib, onlardan 14-ü artıq qeydiyyatdan keçib

2025-ci ilin oktyabrın 4-də keçiriləcək yerli özünüidarəetmə seçkilərində qeydiyyatdan keçmək üçün 17 seçki subyekti Mərkəzi Seçki Komissiyasına müraciət edib. Onlardan 14-ü artıq qeydiyyatdan keçib, üçü isə baxılma mərhələsindədir.

Seçkilərdə iştirak etmək üçün aşağıdakı partiyalar artıq qeydiyyatdan keçib: “Gürcü Arzusu”, “Güclü Gürcüstan – Lelo”; “Qaxaria – Gürcüstan üçün ”; “Qirçi”; “Gürcüstan Patriotları Alyansı”; “Mühafizəkarlar – Gürcüstan üçün ”; “Vətən, Dil, İnam”; “Xalq hakimiyyəti”; “Gürcüstan”; “Solçu Alyans”; “Gürcü birliyi”; “Yaşıllar partiyası”; “Bizim Vahid Gürcüstanımız”; “Azad Gürcüstan”.

MSK-nın veb səhifəsində yerləşdirilən məlumata görə, hələ də üç partiyanın qeydiyyatı məsələsinə baxılır. Bunlar: “Üçüncü yol”; “Gürcüstanın Birlik və İnkişaf Partiyası”; “Demokratlar Alyansı”dır.