30 yanvara qədər Qərbi Gürcüstanda nisbətən isti, yağıntısız və küləkli hava şəraiti olacaq, Şərqin bəzi rayonlarında isə az yağıntı və duman müşahidə oluna bilər

12:14, 26.01.2026

30 yanvara qədər Qərbi Gürcüstanda nisbətən isti, yağıntısız və küləkli hava şəraiti olacaq, Şərqin bəzi rayonlarında isə az yağıntı və duman müşahidə oluna bilər, – bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.

Sinoptiklərin məlumatına görə, Tbilisidə az yağıntı və duman müşahidə oluna bilər. Havanın temperaturu gecə saatlarında -1, +1, gündüz saatlarında +3, +8 dərəcə dərəcə qeydə alınacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): yağıntısız hava şəraiti olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında +7, +9, gündüz saatlarında +16, +18 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): yağıntısız hava şəraiti olacaq. Güclü şərq küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında +6, +8, gündüz saatlarında +15, +17 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): yağıntısız hava şəraiti olacaq. Bəzi yerlərdə güclü şərq küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında -2, +2, gündüz saatlarında +10, +12 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): yağıntısız hava şəraiti olacaq. Havanın temperaturu gecə saatlarında -4, -6, gündüz saatlarında +5, +8 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): Bəzi yerlərdə az yağıntı və duman müşahidə oluna bilər. Havanın temperaturu gecə saatlarında -3-5 dərəcə, gündüz saatlarında +4, +9 dərəcə qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): Bəzi yerlərdə az yağıntı və duman müşahidə oluna bilər. Havanın temperaturu gecə saatlarında -2, -4 dərəcə, gündüz saatlarında +3, +8 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): Bəzi yerlərdə qar və duman müşahidə oluna bilər. Havanın temperaturu gecə saatlarında -5-7 dərəcə, gündüz saatlarında +2, +7 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Bəzi yerlərdə qar və duman müşahidə oluna bilər. Havanın temperaturu gecə saatlarında -8, -10, gündüz saatlarında -2, +3 dərəcə qeydə alınacaq.

Oxşar