30 may tarixində Guns N' Roses konsertində iştirak etmək istəyənlər üçün Tbilisi-Batum-Tbilisi istiqamətində əlavə qatar təyin olunur
30 may tarixində Guns N' Roses konsertində iştirak etmək istəyənlər üçün Tbilisi-Batum-Tbilisi istiqamətində əlavə qatar təyin olunur

Gürcüstan Dəmir Yolları Şekvetilidə Guns N’ Roses konsertində iştirak etmək istəyənlər üçün Tbilisi-Batumi-Tbilisi istiqamətində əlavə reys təşkil edir. Bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayır.

“30 may tarixində “Black Sea Arena Starring Georgia” çərçivəsində Guns N’ Roses konsertində iştirak etmək istəyənlər üçün Tbilisi-Batum-Tbilisi istiqamətində əlavə qatar təyin olunur. Qatar hər iki istiqamətdə hərəkət edərkən “Black Sea Arena” stansiyasında dayanacaq.

Biletləri veb səhifədə və stansiyanın kassalarında almaq mümkündür”, – Gürcüstan Dəmir Yollarının yaydığı məlumatda deyilib.