28-29 sentyabr tarixlərində Qumati kəndi yaxınlığında avtonəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
28-29 sentyabr tarixlərində Qumati kəndi yaxınlığında avtonəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, daxili dövlət əhəmiyyətli Kutaisi (Çoma)–Alpana–Mamison aşırımı avtomobil yolunun 7-ci kilometrində (Qumati kəndi) torpaq səthini bərpa etmək məqsədilə
aparılacaq işlərlə əlaqədar, 28 sentyabr saat 09:00-dan – 29 sentyabr saat 19:00-dək bütün növ avtonəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudiyyət dövründə yüngül avtomobillər, M2 və M3 kateqoriyalı sərnişin daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri yerli əhəmiyyətli Qumati-Opurçxeti-Rioni-Zarati avtomobil yolu vasitəsilə hərəkət edəcəklər.

Yük avtomobillərinin hərəkəti isə məhdudlaşdırılacaq.